[img=left]https://publika.az/storage/2023/03/17/sel.jpg?v1679132073[/img]Şanlıurfa və Adıyamandakı sel fəlakətində itkin düşmüş sayılan daha bir nəfərin cəsədi tapılıb. Bununla da təbii fəlakətdə həyatını itirənlərin sayı 17-yə yüksəlib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cəsəd Şanlıurfada zirzəmisini su basan ticarət mərkəzində aşkar olunub.
Bundan başqa sel fəlakəti yaşandığı şəhərlərdə 3 nəfərin itkin düşdüyü də bildirilir.
Qeyd edək ki, hazırda sel sularının gəldiyi bölgələrdə axtarış-xilasetmə işləri davam etdirilir.