Absheron Media Absheron Media Absheron Media

Bu tarixdən Azərbaycanda yağışlar yağacaq - XƏBƏRDARLIQ

Tarix:21-08-2023, 11:59
Baxış Sayı:95

Bu tarixdən Azərbaycanda yağışlar yağacaq - XƏBƏRDARLIQAzərbaycanın rayonlarında avqustun 15-18-də əsasən gündüz saatlarında Böyük Qafqaz zonasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.

Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimalı var.
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

BAKU.WS