Absheron Media Absheron Media Absheron Media

Hava şəraiti ilə bağlı xəbərdarlıq

Tarix:13-07-2020, 16:53
Baxış Sayı:753

Hava şəraiti ilə bağlı xəbərdarlıq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə iyulun 17-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.