Fevralın 14-də Böyük Qafqaz ərazisindən axan Vəlvələçayın Təngəaltı və Kiçik Qafqaz ərazisindən axan Kürəkçayın Çaykənd, Zəyəmçayın Ağbaşlar məntəqələrində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Gəncəçayın Zurnabad məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb. Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayın Vaqo məntəqəsində suyun səviyyəsi 6, Viləşçayın Şıxlar və Lənkərançayın Sifidor məntəqələrində isə 2 santimetr artım müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 136 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 80 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 10 faiz çoxdur.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 1 santimetr azalıb. Hazırda məntəqədə su sərfi 24 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normanın 34 faizini təşkil edir. Hazırda sululuq keçən illə müqayisədə 9 faiz azdır.
Kür-Surra məntəqəsində suyun səviyyəsi 6 santimetr azalaraq 274 santimetr, su sərfi isə saniyədə 52 kubmetr təşkil edib. Kür-Şirvanda suyun səviyyəsi 4 santimetr azalaraq 97, Kür-Bankədə 5 santimetr artaraq 114, Araz-Novruzluda isə dəyişməyərək 58 santimetr olub.