Absheron Media Absheron Media Absheron Media

Əli Cəfərov: “Şagirdləri maarifləndirən layihəmizin əhatə dairəsi çox zəngin oldu”

Tarix:13-07-2020, 16:28
Baxış Sayı:1 162

Əli Cəfərov: “Şagirdləri maarifləndirən layihəmizin əhatə dairəsi çox zəngin oldu”
Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin kollektivi Zakir Əhmədov adına 64 saylı tam orta məktəbdə həyata keçirdiyi "Uşaq və yeniyetmələrin yol hərəkəti qaydaları haqqında maariflənməsi və yaradıcı təfəkkürlərinin inkişafına dəstək” layihəsi üzrə icra planına uyğun olaraq görülən işlərin yekununa həsr olunmuş mətbuat konfransı keçirib.

ANN.Az xəbər verir ki, mətbuat konfransında çıxış edən təşkilatın sədri Əli Cəfərov bildirdi ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib. Bir daha layihənin məqsədi haqqında məlumat verən Əli Cəfərovun sözlərinə görə "layihə davranış normaları haqqında şagirdlərə bilgi vermək, onları yol hərəkəti qaydaları, mədəniyyəti haqqında məlumatlandırmaq və piyadaların vəzifəsinin nədən ibarət olduğunu aşılamaq, eləcə də yol nişanları haqqında məlumat vermək, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsinə kömək etmək məqsədi daşıyıb”.

Əli Cəfərov təfsilata vararaq onu da bildirdi ki, layihə çərçivəsində hər biri 30 nəfərdən ibarət 2 qrup formalaşdırılmışdır. Layihə müddətində DMDT İB-nin rəsmi internet ünvanı olan "deyerlerimiz.az” internet portalının rus variantı hazırlanmışdır. Daha sonra KİV nümayəndələri qarşısında çıxış edən təşkilatın sədr müavini Cəfərzadə Cavid vurğulayıb ki, layihə şagirdlərə müsbət təsir bağışlayıb, onlarda intellektual savadın artmasına, dünyagörüşünün formalaşmasına, onların yol mədəniyyəti, yol hərəkəti qaydaları haqqında biliklərə yiyələnməsinə, lider olmaq qabiliyyətinin üzə çıxmasına, əməkdaşlıq, mühakimə yürütmə, estetik zövqün formalaşmasına gətirib çıxarmışdır. Layihə təkcə yol hərəkəti və yol mədəniyyəti haqqında şagirdlərə tövhə verməmiş, həmçinin müəllim-valideyn münasibətlərinin tənzimlənməsinə də xidmət göstərmişdir. Bununla yanaşı şagirdlərə İKT üsulu ilə işləməyə imkan yaratdı. Layihə müddətində DMDT İB-i Bakı Uşaq Teatırı (BUT) ilə əməkdaşlıq etdi. Uşaqlar teatrının rəhbəri İntiqam Soltanın yol hərəkəti qaydalarına aid hazırlamış olduğu ssenari əsasında səhnəciklər hazırladılar. Bu da uşqlarda yaradıcılıq qabiliyyətinin üzə çıxmasına və inkişaf etməsinə səbəb oldu. Ümumilikdə layihə müddətində şagirdlərdə yaradıcılıq qabiliyyəti, məntiqi, tənqidi təfəkkür inkişaf etdi. Uşaqların yol hərəkəti qaydaları ilə bağlı hazırladıqları səhnəciklər, musiqilər, əl işləri, məktəbin akt zalında təlim iştirakçılarına, valideynlərə, məktəbin pedaqoji heyətinə təqdim olundu. Təlimin sonunda şagirdlərə həvəsləndirici diplomlar verildi. KİV təmsilçilərinin çoxsaylı suallarını cavablandıran layihə rəhbəri mətbuat konfransının sonunda layihənin gerçəkləşməsində və onun həyata keçməsində əməyi olan bütün insanlara təşəkkür etdi.

Əli Cəfərov: “Şagirdləri maarifləndirən layihəmizin əhatə dairəsi çox zəngin oldu”
Əli Cəfərov: “Şagirdləri maarifləndirən layihəmizin əhatə dairəsi çox zəngin oldu”
Əli Cəfərov: “Şagirdləri maarifləndirən layihəmizin əhatə dairəsi çox zəngin oldu”