Absheron Media Absheron Media Absheron Media

“Beşiktaş” “Atletiko”ya qalib gəldi

Tarix:14-04-2023, 12:09
Baxış Sayı:131

“Beşiktaş” “Atletiko”ya qalib gəldiTürkiyədə “Beşiktaş” və İspaniyanın “Atletiko” (Madrid) komandaları arasında xeyriyyə oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, İstanbuldakı “Vodafon Park” stadionunda baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.

Qolları 25-ci dəqiqədə Jedson Fernandes və 88-ci dəqiqədə Kevin Nkudu vurublar.

Matçdan öncə Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Oyundan əldə olunacaq gəlir zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.