Absheron Media Absheron Media Absheron Media

“Qarabağ” – “Olimpiya” oyununun heyətləri açıqlandı

Tarix:31-08-2023, 12:05
Baxış Sayı:75

“Qarabağ” – “Olimpiya” oyununun heyətləri açıqlandı

“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda pley-off mərhələsinin cavab matçında Sloveniya “Olimpiya”sını qəbul edəcək.
Matçı ispaniyalı FIFA referisi Alexandro Ernandes idarə edəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq.
Səfərdəki ilk görüşdə Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunu
31 avqust
20.00 Qarabağ (Azərbaycan) – Olimpiya (Sloveniya)
Baş hakim: Alexandro Ernandes (İspaniya).
Qarabağ: 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Olimpiya: 69. Matevj Vidovşek, 2. Xorxe Silva, 6. Mateo Karamatiç, 14. Marsel Ratnik, 43. Alyaj Krefl, 10. Timi Elşnik, 23. Dioqo Pinto, 34. Aqustin Doffo, 20. Nemanya Motika, 37. Pedro Lukas, 99. Rui Pedro.
Baş məşqçi: Joao Enrike.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 2:0.