Absheron Media Absheron Media Absheron Media

Super Liqa təmsilçiləri baş məşqçisiz qaldılar

Tarix:5-09-2023, 13:37
Baxış Sayı:100

Super Liqa təmsilçiləri baş məşqçisiz qaldılar

Türkiyənin “Başakşəhər” və “Qaziantep” komandaları baş məşqçisiz qalıblar.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Emre Belözoğlu ilə Erdal Güneş istefaya göndəriliblər.

Buna səbəb kimi Super Liqa təmsilçilərinin yeni mövsümə uğursuz başlamaları göstərilib. Belə ki, “Qaziantep”lə “Başakşəhər” bu mövsüm Super Liqadakı oyunlarının hamısında məğlub olublar.