Absheron Media Absheron Media Absheron Media

DTX-nin istirahət mərkəzində Türk dövlətlərindən və İsraildən gələn şagirdlərə nə öyrədiləcək?

Tarix:27-07-2023, 10:51
Baxış Sayı:84

[img=left]https://publika.az/storage/2023/07/26/file906.jpg?v1690440637[/img]

24 iyul tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin “Bilgəh” İstirahət mərkəzində 12-16 yaş arası məktəbli və yeniyetmələr üçün təşkil edilən “Cyber Summer School - 2023” beynəlxalq yay məktəbinin açılış tədbiri baş tutub. 30 iyul tarixinədək Bakı Ali Neft Məktəbində baş tutacaq yay məktəbinə cəlb edilən yeniyetmələrin və onların valideynlərinin iştirak etdiyi açılış tədbirində aidiyyəti dövlət qurumlarının, xarici ölkələrin ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin, eləcə də ali təhsil müəssisələrinin rəhbər vəzifəli şəxslərinin çıxışları dinlənilib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası məlumat yayıb.
Məlumatda qeyd edilib ki, ənənəvi olaraq hər il baş tutan yay məktəbi ərzində yerli və xarici mütəxəssislər tərəfindən iştirakçılar üçün kibertəhlükəsizlik sahəsində təlimlər, texnoloji turlar, habelə iştirakçılar arasında kibertəhlükəsizlik sahəsində bilik yarışının (“CTF”) həyata keçirilməsi planlaşdırılıb.

“Cyber Summer School - 2023” yay məktəbinin əhatə dairəsi və beynəlxalq əhəmiyyəti bu il daha da genişləndirilib. Belə ki, 30 iyul tarixinədək davam edəcək yay məktəbinə Azərbaycan, İsrail və Türkiyə ilə yanaşı Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan yeniyetmələr, ümumilikdə 125 iştirakçı cəlb edilib.