Absheron Media Absheron Media Absheron Media

Emin Əmrullayev məktəblərdə qızılca ilə bağlı son vəziyyəti açıqlayıb

Tarix:13-12-2023, 14:22
Baxış Sayı:44

Qızılca ilə əlaqəli aidiyyəti qurumlarla mütəmadi işləyirik. İstəyimiz odur ki, xəstəlik tədris prosesinə ciddi təsir göstərməsin. Təbii ki, əsas məsələ şagirdlərin təhlükəsizliyidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, qızılcaya yoluxanların sayı ayrı-ayrı məktəblərdə tək-təkdir: "Başa düşməliyik ki, indiki vəziyyət valideynlərin 8-9 il bundan əvvəl verdiyi qərarların nəticəsidir. Xəstəliyin artımı müəyyən müddətə izlənilməlidir. Hazırda alınan rəqəmlər bizə onu deyir ki, böyük pandemiya təhlükəsi görmürük