Absheron Media Absheron Media Absheron Media

Əli Cəfərov: “Milli ruhlu insanlar heç vax “5-ci kolon”a çevrilə bilməz” - MÜSAHİBƏ

Tarix:19-04-2023, 10:51
Baxış Sayı:224

Əli Cəfərov: “Milli ruhlu insanlar heç vax “5-ci kolon”a çevrilə bilməz” - MÜSAHİBƏ



Gəncliyi xalq hərəkatının təlatümlü günlərindən keçmiş bir çox insanlar var ki, indi onlar ömürlərinin orta və ahıl yaş həddinə çatıblar.

Qazanclarını daha çox Azərbaycanın müstəqilliyi hesab edən belə insanlardan biri də Demokratik İslahatlar Partiyası sədrinin təşkilat məsələləri üzrə müşaviri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri, 60 yaşını tamamlayan Əli Cəfərovdur. Əli Cəfərovu təbrik etmək fürsətindən yararlanaraq onun yaxın tariximizdəki həyat və fəaliyyətə nəzər saldıq.

Şübhə etmirik ki, qeyd etdiyimiz proseslərdəki fəallığı nəticəsində zəngin həyat təcrübəsi qazanmış Əli Cəfərovun fəaliyyəti həm də gələcək üçün bir stimulverici əmil kimi örnək ola bilər. Əlbəttə ki, Vətənimizin, xalqımızın qorunması naminə. Əli Cəfərov həm də bir vətəndaş, azərbaycanlı həyatının örnəklərini yaşadanlardandır.

- Əli bəy, 60 yaşınız - yubileyiniz mübarək! Hamıya arzuladığımız kimi, 100 yaşını qeyd etməyinizi diləyirik.

-Çox sağ olun. Təşəkür edirəm.

- 60 yaşın ucalığından geriyə boylananda, arxada böyük bir epoxa dayanır. Ona görə 60 yaş həm də böyük bir hesabatdır. Ola bilər sizi bir qədər çətinə salaq, amma necə düşünürsüz, geridə buraxdığınız 60 yaşa bir ekskurs edəkmi?

-Bizim gəncliyimiz çox çətin və məsuliyyətli dövrə düşdü. Üniversitetin son kursunda oxuyanda Milli Azadlıq hərakatı başladı. Ötən əsrin 80-ci illərinin sonlarından başlayan meydan hərakatında mən də fəal iştirakçılardan oldum. Bu, millətimiz üçün bir şans idi. Biz yaranmış şəraitdən istifadə edib nəyin bahasına olursa-olsun öz müstəqil dövlətimizi qurmalı idik. Şükür olsun kı, millətimiz köləliyə son qoyub 1918-1920–ci illərdə mövcud olan cümhüriyyətimizi bərpa etdi. Çox çətin dövrlər idi. Biz öz dövlətimizi qurduq. Lakin təəssüflər olsun ki, o vaxtlar müstəqilliyə qarşı çıxan bəzi xainlərimiz və onların tör-töküntüləri hazırkı zamana kimi kürsüdə oturub millətin qanını zəlı kimi sömürməklə məşğuldurlar. Bizlərin isə bu yaşa çatana kimi xeyli fərdi sosial problemlərimiz oldu: siyası fəaliyyətə görə təqiblər, işsizlik, kirayələrdə yaşamaq və s.

“Hələ də arzuladığımız sosial ədalətlı cəmiyyəti tam formalaşdıra bilməmişik”

- Belə görünür ki, ömrünüz rəvan, rahatlıqla keçməyib. Bu, yalnız fərdi qayğılara görə deyil, paralel olaraq ölkəmizdə baş verən xalq hərəkatı, Qarabağ konflikti, keçid dövrlərinin yaratdığı saysız-hesabsız sosial problemlərdən dolayı yaranan qayğılarla da müşayiət olunub. Sosial çətinliklər sizi ictimai-siyasi fəaliyyətdən bezdiribmi bu illərdə?

- Yox, bezməmişəm. Amma geriyə boylananda ğörürsən kı, biz hələ də arzuladığımız sosial ədalətlı cəmiyyəti tam formalaşdıra bilməmişik. Güclü islahatlara ehtiyac var. Amma xalq hərakatında iştirak etmək şərəfli, həm də qürürverici andır. Təbii ki, itkilərimiz çox olub. Amma qazandığımız müstəqillik hər şeydən üstündür. Siyası fəaliyyətə görə daim təqib olunmuşuq, dəfələrlə işdən çıxarılmışıq, tanıdığımız insanlar bizlərə salam verəndə də qorxurdular ki, birdən görən olar. Elə hallar olub kı, bəzən evdə yeməyə yavan çörəkdən başqa heç nə olmayıb. Normal demokratik cəmiyyətlərdə siyası fəaliyyətlə məşğul olmaq qürurvericidir. Amma köhnə postsovet məkanında bu iş müşkülə çevrilir.

Üstəlik müstəqilliyimizin dadını təzəcə çıxarmağa başlamışdıq kı, Qarabağ konflkti başladı. Əhalı yurd-yuvasından qovuldu. Rusların himayəsində olan erməni dığaları dinc əhalıni qırıb mədəni abidələrimizi məhv edirdilər. Özlərini demokrat adlandıran ölkələr seyrçi mövqe tururdular. Meydanda dövlətimiz tək qalmışdı. Amma şükür Allahın birliyinə kı, biz 30 ilə yaxın işğal altında olan torpaqlarımızın xeylı hissəsini azad edə bildik. Məkrli düşməni qüdrətlı ordumuz diz çökdürdü. İnanıram kı, şanlı ordumuz bir gün gələcək üçrənglı bayrağımızı Xankəndidə də dalğalandıracaq. İndi işğaldan azad edilmiş ərazilərimizdə quruculuq abadlıq işləri gedir. Yaxın zamanda insanlar öz dədə-baba yurdlarına qayıdacaqlar.

Buna çox sevinirəm.

- Həyatda istədiklərinizə nə dərəcədə nail ola bilmisiniz? Taleyin verdiklərindən razısınızmı?

“Milli ruhlu insanlar heç zaman “5-ci kolon”a çevrilib korrupsioner ola bilməzlər”

-İçtimai-siyası fəal kimi deyə bilərəm kı, ən böyük arzumuz - müstəqilliyimiz bərpa olundu və biz təqib-təzyiqlərə baxmayaraq öz müstəqilliyimizi qoruyub saxlaya bilmişik. Siyası sistemdə və idarəçilikdə müəyyən problemlər var. Düşünürəm kı, başlanan islahatların nəticəsi olaraq idarəetmədə və kadrların seçilib təyin edilməsində də dəyişkənliyin şahıdı olacağıq. Hesab edirəm kı, yeni təyin olunan kadrlar təkcə Avropa təhsillilərdən deyil, paralel olaraq milli ruhlu insanlardan da seçilməlidir. Bu, çox vacib amildir. Milli ruhlu insanlar heç zaman “5-ci kolon”a çevrilib korrupsioner ola bilməzlər.

Şəxsi mənada isə sükürlər olsun Allahıma, iki övladım var. Hər ikisi alı təhsillidir, təhsil işçiləridir. Özləri öz ayaqları üzərində dura bilir, vətənpərvər və savadlı kadrlardır. Dörd nəvəm var. Əsas odur kı, həm övladlarım, həm də nəvələrim fiziki baxımdan sağlam, mənəvi cəhətdən zəngin insanlardı. Təbi kı, itirdiklərimiz də olub.

- İtirdiklərinizlə qazandıqlarınızı müqayisə etsək, tərəzinin hansı gözü daha ağır gələr?

- Şəxsi və maddi baxımdan itirdiklərim çoxdur. Amma geniş anlamda təbii kı, qazandıqlarım daha çoxdur. Müstəqil dövlət qurmuşuq və bü gün də müstəqilliyimizi qoruyub saxlamışıq. Bundan da böyük xoşbəxtlik nə ola bilər kı?!

- Demokratiyanın və Milli Dəyərlərin Təbliği işləri ilə məşğul olan qeyri-hökumət təşkilatındakı gördüyünüz işləri də qısaca olsa, çatdırmanızı istərdik. Deyəsən, bu istiqamətdəki fəaliyyətinizi əsasən gənc nəslə, xüsusilə hələ şagird partası arxasında əyləşənlərə vətənpərvərlik təbliğatı aparmağa fokuslamısınız...

- Demokratiyanın və Milli Dəyərlərin Təbliği İçtimai Birliyi fəaliyyət göstərdiyi müddətdə gənclərin maariflənməsi, təhsili, sağlamlıqı, onlara vətənpərvərliyin təbliği sahəsində uğurlu nəticələrə nail olmuşuq. Hal-hazırda Zəfər tarixinin gənclər arasında təbliği, erməni işğalı zamanı maddi və mədəni abidələrimizə dəymiş ziyan haqqında maariflənmə işi aparırıq . Mövzunun ana xəttini istisnasız olaraq vətənpərvərliyin təbliği təşkil edir. Konkret məqsədlərə gəlincə isə onun həyata keçirilməsindən əsas məqsədimiz Zəfər tariximizin təfsilatlı şəkildə orta məktəb şagirdləri və digər yaş qrupundan olan vətəndaşlarımızın şüurunda daha da möhkəmlənməsinə nail olunması, yanaşı olaraq yüksək intellektual potensiallı Azərbaycan gəncliyinin yetişdirilməsi prosesinə təkan vermək, vətənpərvərlik ideologiyasından istifadə etməklə daxili aləmlərində böyük yaradıcı potensialları gizlənən şagirdlərin fitri qabiliyyətlərinin üzə çıxarılması üçün münbit şəraitin yaranmasında vasitəçi olmaq, eləcə də innovativ resurslardan istifadə edərək haqq işimizi, Qarabağdakı Zəfərimizi və bu zəfəri zərurətə çevirən amilləri faktların dili ilə ölkəmizdə və dünya arenasında müdafiə edə biləcək Azərbaycan vətəndaşlarının yetişdirilməsi prosesinin bilavasitə iştirakçısı olmaqdan ibarətdir.

“Uğrunda mübarizə apardığım bütün məsələlərdə həyat yoldaşım və övladlarım yanımda olub”

- Əli müəllim, nə qədər ictimaiyyətçi, siyasətçi olsa da, hər bir insan - ailə məsuliyyəti hissinin nə demək olduğunu dərk edən hər bir azərbaycanlı mənzilinə daxil olduğu andan bir ailə təəssübkeşidir. Əslində, zamanla deyildiyi kimi, həyat da, fəaliyyət də, Vətən də, yurd da evdən, ailədən başlayır. Ailəsini, keçmişini, övladlarını sevməyən kimsədən vətənpərvər insan ola bilməz. Bunlar zəncirin biri digərini tamamlayan ayrılmaz həlqələridir.

- Mübarizəyə qoşulduğum, ideal bildiyim, uğrunda mübarizə apardığım bütün məsələlərdə həyat yoldaşım və övladlarım hər zaman yanımda olub və mənə mənəvi cəhətdən dəstək olublar. İki öğlum var. Hər ikisi də alı təhsilli pedoqoji işçılər olmaqla yanaşı, vətənpərvər, əxlaqlı insanlardır. Böyük-kiçiyin yerini bilən, adət-ənənələrimizə hörmətlə yanaşan dürüst vətəndaşdırlar. Bir daha deyirəm, şükürlər olsun Allahıma ki, mənə belə övladlar bəxş edib. Onları dünyaya gətirən, həm təhsilləri, həm də tərbiyələrilə məsqul olan analarına borcluyam. Hələ kı, dörd nəvəm var. Yəqin kı, nəvələrimin sayı da artar, İnşallah. İnanıram ki, düzgün tərbiyə əsasında onlar da həm babalarının, həm də atalarının yolları ilə gedib əxlaqlı, vətənpərvər bir şəxsiyyət kimi formalaşacaqlar.

- Sonda hesabatdan bir az kənar - gələcəkdəki Əli Cəfərova və gələcəkdəki Azərbaycanımıza arzularınızı bilmək maraqlı olardı.

- Çox maraqlı sualdır. Gələcəkdəkı Azərbaycanımıza qüdrətlı bir türk dövlətinə cevrilməyi, üçrəngli bayrağımızı Xanın kəndində dalğalandırmağı, türk dövlətlərinin və toplumlarının mərkəzinə çevrilməyi və dövlətin idarə edilməsində milli ruhlu kadrların yetişdirilərək üzə çıxmasını arzulayıram.

Özümə isə can sağlığı və dözüm arzulayıram.



Əli Cəfərov: “Milli ruhlu insanlar heç vax “5-ci kolon”a çevrilə bilməz” - MÜSAHİBƏ
Əli Cəfərov: “Milli ruhlu insanlar heç vax “5-ci kolon”a çevrilə bilməz” - MÜSAHİBƏ
Əli Cəfərov: “Milli ruhlu insanlar heç vax “5-ci kolon”a çevrilə bilməz” - MÜSAHİBƏ