Absheron Media Absheron Media Absheron Media

Ukrayna Prezidenti Azərbaycana təşəkkür etdi

Tarix:27-07-2023, 10:49
Baxış Sayı:91

[img=left]https://publika.az/storage/2022/09/22/zelenskiii.jpg?v1690440556[/img]

Ukrayna Prezidenti Volodimir Zelenski humanitar yardıma görə Azərbaycana təşəkkür edib.

Publika.az xəbər verir ki, Zelenski bu barədə axşam müraciətində bildirib.

“Enerji və minalardan təmizləmə sahəsində humanitar yardıma görə Azərbaycana təşəkkür edirəm”, - Ukrayna lideri tviter hesabında vurğulayıb.

“Bu həftə dövlətimizə, xalqımıza, ordumuza, bütün vətəndaşlarımıza dəstək olaraq yeni qərarlar qəbul edən bütün ölkələrə təşəkkür etmək istəyirəm”, - Zelenski qeyd edib.

Zelenski həmçinin Koreyaya, İsveçə, Yaponiyaya, Avstraliyaya, Kanadaya, Birləşmiş Krallığa, ABŞ-a, Almaniyaya Ukraynaya yardımlarına görə minnətdarlığını bildirib.

Qeyd edək ki, iyulun 17-də Azərbaycan Ukraynaya humanitar yardımın göstərilməsi məqsədilə 7,6 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 7,6 milyon (yeddi milyon altı yüz min) ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.