Absheron Media Absheron Media Absheron Media

Tezliklə Qarabağın nadir dərman bitkilərindən yenidən faydalana biləcəyik - Fotolar+Video

Tarix:3-12-2022, 12:48
Baxış Sayı:207

Tezliklə Qarabağın nadir dərman bitkilərindən yenidən faydalana biləcəyik - Fotolar+Video

“Biz bütün dünyaya Qarabağın flora və faunasını tanıtmaq istəyirik. Orada olan ekoloji terroru - ermənilərin 30 il ərzində floramıza nə qədər zərər vurduğunu, xüsusən də nadir dərman bitkilərimizin məhv edilməsini, yandırılmasını dünya ictimaiyyətinə çatdırmalıyıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Fitoterapevtlər İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağın Flora və Faunası” adlı elmi-praktiki konfransda təşkilatın sədri, “Nərgiz” klinikasının rəhbəri Məlahət Qəhrəmanova bildirib.

O qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra əsas iş dərman bitkilərimizin yenidən bərpa edilməsi, floraya vurulan zərərin aradan qalxmasını təmin etmək olmalıdır. Bu baxımdan, institutların qarşısında böyük vəzifələr durur.

“Qarabağın flora və faunası” layihəsinin ideya müəllifi, Fitoterapevtlər İctimai Birliyinin fəxri üzvü Fəxriyyə Xələfova qeyd edib ki, ermənilərin Qarabağda həyata keçirdiyi ekoloji terrorun fəsadları ağırdır. Bu, təkcə ekoloji terror deyil, həmçinin ölkəmizə qarşı törədilən müharibə cinayətləridir.

F. Xələfovanın sözlərinə görə, Qarabağ, Şərqi Zəngəzur üçün vaxtilə xarakterik olan ipəkçilik yenidən bərpa edilməlidir. Qarabağ ipəyi, Qarabağ kəlağayısı bütün dünyaya təqdim olunmalıdır.

Milli Məclisin deputatı Qənirə Paşayeva isə Fitoterapevtlər Cəmiyyəti olaraq ilk işin 30 il ərzində Qarabağın flora və faunasına işğalçı zehniyyət tərəfindən nə qədər ziyan dəydiyini hesablamaq olduğunu dilə gətirib. Bildirib ki, dünyanın müxtəlif təşkilatları bununla bağlı məlumatlandırılmalıdır.

Konfransın digər çıxışçıları – millət vəkili İlham Məmmədov, professor İradə Hüseynova, millət vəkili Kamilə Əliyeva, Tibb Universiytetinin baş müəllimiAidə Bəndəliyeva və digərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda Qarabağın təbiəti, flora və faunası, azad edilmiş ərazilərin bərpası işləri barədə məlumat verilib. Həmçinin işğal zamanı Ermənistan tərəfindən törədilmiş ekoloji durumun acı nəticələri müzakirə olunub. Qeyd olunub ki, işğal dövründə hər il Qarabağda 1000 hektarlarla əraziyə ziyan vurulub.

Konfransda həmçinin diqqətə çatdırılıb ki, bitki örtüyünün zənginliyi baxımından Qarabağ təkcə Qafqazın deyil, dünyanın ən zəngin ərazilərindəndir. Azərbaycan florasının 42 faizini məhz Qarabağ zonası təşkil edir. Bunların əksəriyyəti isə endemik və nadir dərman bitkiləridir. Qarabağda yetişən təkcə dərman bitkilərinin 606 növü məlumdur. Bunlardan 32 növü itmə təhlükəsi səbəbindən Qırmızı Kitaba salınıb.

Konfransda Qarabağın azad olunmasından, vətəndaşlarımızın öz yurd-yuvasına qayıdışından sonra təbiətin də cana gələcəyi, dirçələcəyi və əvvəlki vəziyyətinə qayıdacağına əminlik ifadə olunub.

Gülnar Əliyeva

Foto/Video: Müzəffər İsmayılov