Əli Cəfərov tədbiri açıq elan edib
Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi fəaliyyət planına uyğun olaraq Zəngilan rayonu 13 nömrəli tam orta məktəbdə “Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” layihəsi çərçivəsində şeir, inşa , rəsm müsabiqəsinin son mərhələsi və təlimdə iştirak edən şəxslərə sertifikatın təqdim edilməsi törənini təşkil edib.
AzNews.az xəbər verir ki, İB sədri Əli Cəfərov tədbiri açıq elan edib.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Layihə rəhbəri 44 günlük Vətən savaşında və eləcə də ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etmək məqsədilə hamını bir dəqiqəlik sayğı duruşuna dəvət edib. Sonra Əli Cəfərov bildirib ki, layihə Azərbaycan Respublikası QHT Dövət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. O, bir daha Agentliyə öz təşəkkürünü bildirib. Daha sonra Əli Cəfərov bunları söyləyib: “Biz layihə çərçivəsində Zəfər tariximizlə bağlı seminar, təlim, disput təşkil etdik. Eləcə də Hərbi Qənimətlər Parkına ekskursiya təşkil etdik. Bunlarla yanaşı biz 13 saylı Zəngilan tam orta məktəbində şagirdlərin vətənpərvərlik ruhunda, təlimin mahiyyətinə uyğun olaraq şeir, inşa və rəsm müsabiqəsini təşkil etdik. Siz bilirsiniz ki, bizim tədbirləri təşkil etməkdə əsas məqsədlərimizdən biri də şagirdlərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə yarışların təşkil edilməsi idi. Biz bunu da uğurla həyata keçirdik. Zəhraxanımın, Nigarın və Leylanın mövzu ilə bağlı yazmış olduqları inşaları yüksək dəyərləndirirəm. Rəsm sahəsində Akifin, Yusifin və Nəzrinin çəkmiş olduqları rəsmlər mövzunun tam ruhuna uyğundur. Hər üç şagirdimiz çox əla iş bacardılar. Onlara, müəllimlərə və valideyinlərə minnətdarlığımı bildirirəm. Şagirdlərdən Fidan, Yusif və Zəhrəxanımın söylədikləri şeirlər həm mövzu baxımından, həm də deyiliş baxımından yaxşı idi. Müzakirələrdən sonra layihə rəhbəri Əli Cəfərov yarışlarda yer tutan şagirdlərə sertifikat təqdim etmək üçün məktəbin direktoru Şəhla xanımı səhnəyə dəvət edib. Şagirdlərə sertifikat təqdim edildikdən sonra layihə rəhbəri təlimlərin təşkilində xidmətinə görə CRG tədris mərkəzinə və təlimçi Həqiqət müəlliməyə təşəkkür edərək onu şagirdlərə diplom təqdim etmək məqsədilə səhnəyə dəvət edib. Təlimlərdə iştirak edən uşaqlara serifikat təqdim edilib. Daha sonra Əli Cəfərov layihə çərçivəsində QHT ilə əməkdaşlıq etdiyinə görə 13 nömrəli Zəngilan tam orta məktəbin direktoru Şəhla xanım Həsənovaya, direktor müavinləri Səmədova Aynur, Rəsulova Aytən və təlimçi Həqiqət xanım Qasımovaya sertifikat təqdim edib.
Təqdimatdan sonra layıhə rəhbəri məktəb direktoruna və kollektivə əməkdaşlığa ,təlimlər üçün şərait yaratdığına görə təşəkkürünü bildirərək sözü məktəbin direktoru Şəhla xanıma verib. Şəhla xanım çıxış edərək bildirdi ki, bu günlər ölkəmizdə aparılan islahatlar ölkəmizin güclənməsinə və inkişafına səbəb olur. 44 günlük zəfər tarixini təbliğ etmək, bu təbliğatçıda iştirak etmək bizim üçün çox qürurvericidir. Ali baş komandan İlham Əliyevin uğurlu hərb siyasəti nəticəsində 30 ildən çox həsrətə son qoyuldu, torpaqlarımız işğaldan azad edildi. Xüsusi ilə qeyd etmək istəyirəm ki, QHT-lərin təhsil müəssisələri ilə əməkdaşlığı zəruridir, vacibdir. Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinə, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarının Dövlət Dəstək Agentliyinə Zəngilan rayonu 13 nömrəli tam orta məktəblə əməkdaşlıq etdiyinə görə kollektiv, şagirdlər və valideynlər adından təşəkkürümü bildirirəm.