Absheron Media Absheron Media Absheron Media

Bakı şəhəri H. İskəndərov adına 206 nömrəli tam orta məktəbdə tədbir keçirilib

Tarix:8-05-2023, 14:32
Baxış Sayı:154

Bakı şəhəri H. İskəndərov adına 206  nömrəli tam orta məktəbdə tədbir keçirilib

Bakı şəhəri H. İskəndərov adına 206 nömrəli tam orta məktəbdə “Heydər Əliyev İli”nə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbir keçirilib.

Bakı şəhəri H. İskəndərov adına 206 nömrəli tam orta məktəb tərəfindən təşkil olunan tədbirdə Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, Xəzər rayon Buzovna qəsəbə İcra nümayəndəliyinin rəhbəri Emin Əliyev, Qəsəbə axundu Əlizadə Hacı Soltan, Buzovna qəsəbəsi Mərkəzi Kitabxanasının müdiri Ülviyyə, Ruhulla Axundov adına mədəniyyət evinin müdiri Afət İbrahimova, Buzovna 229 saylı Uşaq Baxçasının müdiri Ellada Səlimova, əməkdar artist Mirzə Ağayev, şairə-yazıçı Gülarə Munis, məktəb direktorları Nizaməddin Ağcayev, Zeynəb Əliyeva, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Bakı şəhəri H. İskəndərov adına 206  nömrəli tam orta məktəbdə tədbir keçirilib


Öncə məktəbin foyesində hərbi qaravul qonaqları salamlayıb, daha sonra qonaqlar Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şeirlər səsləndiriblər. “3b” sinif şagirdlərinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin tələbəsi Məmmədov Şirəli Elşən oğlunun vətənpərvərlik mövzusunda səsləndirdikləri mahnılar xüsusi maraqla qarşılanıb.

Tədbirdə ulu öndər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolundan və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.

Bakı şəhəri H. İskəndərov adına 206  nömrəli tam orta məktəbdə tədbir keçirilib

Tədbirdə çıxış edən məktəbin direktoru Cəfərzadə Cavid bildirdi ki, hər bir xalqın tarixində, milli azadlıq və istiqlaliyyət carçısı, xilaskar rolunu oynayan dahi insanlar, müdrik şəxsiyyətlər var. Ulu öndər Heydər Əliyev müasir dünyanın siyasi tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, müdrik dövlət xadimi kimi düşmüşdür. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlı tərəfindən yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.

Tədbirdə çıxış edən Respublikanın əməkdar artisti Mirzə Ağayev ulu öndər Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş tədbirdə əməyi, zəhməti olan hər kəsə təşəkkür etdi. Ulu öndər Heydər Əliyevin təhsilə, mədəniyyətə, incəsənətə olan diqqət və qayğısından geniş söhbət açdı. Həmçinin 118 nömtrəli tam orta məktəbin direktoru Nizaməddin Ağcayev bu il bütün idarə və təşkilatlarda ulu öndər Heydər Əliyevin yubleyinə həsr olunan silsilə tədbirlər keçirilir, keçirilən tədbirlər və layihələr hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissinin ifadəsidir deye qeyd etdi.

İskəndərov adına 206 nömrəli tam orta məktəbdə təşkil olunan “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbirin keçirilməsi bütün şagirdlərin ulu öndər Heydər Əliyev dühasına olan sevginin, inamın nəticəsidir.