Absheron Media Absheron Media Absheron Media

Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayır

Tarix:27-07-2023, 10:50
Baxış Sayı:91

[img=left]https://publika.az/storage/2022/08/07/imtahan-lisey-muellim-6.jpg?v1690440600[/img]

Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayır.

Publika.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, iyulun 26-sı saat 11:00-dan etibarən bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

Nəzərə çatdırılıb ki, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər 31 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Məlumat üçün qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.