Absheron Media Absheron Media Absheron Media

QHT Agentliyində Laçının qaytarılması ilə bağlı tədbir keçirilib - VİDEO

Tarix:28-08-2022, 10:47
Baxış Sayı:234

QHT Agentliyində Laçının qaytarılması ilə bağlı tədbir keçirilib - VİDEO

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Laçın rayonunun azad edilməsi ilə bağlı tədbir keçirilib.

QHT.az APA -ya istinadən xəbər verir ki, tədbirdə bir çox qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan agentliyin icraçı direktoru Aygün Əliyeva bu münasibətlə hər kəsi təbrik edib və işğaldan azad olunan ərazilərdə də vətəndaş cəmiyyətlərinin fəaliyyətinin təmin ediləcəyini istisna etmədiyini bildirib.



O qeyd edib ki, yəqin ki, yaxın vaxtlarda Zəngilanın Ağalı kəndinə və Laçına qeyri-hökumət təşkilatlarının səfəri təşkil olunacaq. Aygün Əliyeva əlavə edib ki, bu gün Zəngilanda yeni vətəndaş cəmiyyətinin yaradılması məsələsi də gündəmdədir.



Daha sonra çıxış edən təşkilat rəhbərləri Laçınla bağlı xatirələrini bölüşüblər.



Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qeyd edib ki, bu gün Azərbaycan xalqının sevincinin hədd-hüdudu yoxdur.



"Azərbaycan Prezidentinin keçirdiyi görüşlərin, atdığı addımların nəticəsidir ki, Laçın şəhəri döyüşsüz düşməndən zad edildi. İnanırıq digər ərazilərimizə də qovuşacağıq. Biz beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalıyıq k, nə üçün Suriyadan və digər xarici ölkələrdən gətirilmiş ermənilər ərazilərimizə yerləşdiriliblər. Buna hüquqi müstəvidə cavab tapmaq lazımdır" - deyə o qeyd edib.



Tədbirdə qeyri-hökumət təşkilatları tərəfindən Laçınla bağlı tarixi nüansların açılmasına ehtiyac olduğu, bu haqda sənədli filmlərin çəkilməsinin və beynəlxalq ictimaiyyətə çatdırılmasının labüdlüyü vurğulanıb.